Rusiyanın paytaxtı Moskvada "Çerkizovski" bazarının sahibi Telman İsmayılovla bağlı cinayət işi məhkəməyə göndərilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, Cinayət Məcəlləsinin 30, 105-ci ("Mütəşəkkil dəstə tərəfindən iki nəfəri öldürməyə cəhd"), 33, 30, 105-ci ("Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, iki nəfəri öldürməyə cəhddə əlbir olma, Mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələriilə ittiham olunur.
İstintaqın məlumatına görə, 1996-cı ilin dekabrında Moskvanın "Çerkizovski" bazarının ərazisində torpaq sahələrini icarəyə götürən sahibkarlar Tair Qurşumov və Telman İsmayılov arasında pul məsələsində münaqişə yaranıb. Bununla əlaqədar olaraq İsmayılov mühafizəçisi Eldukayevə pul müqabilində Qurşumov və ətrafını öldürmək üçün insanlar tapmağı tapşırır.
Təqsirləndirilən şəxs mütəşəkkil dəstənin tərkibində şəxsiyyəti məlum olmayan şəxsləri bu cinayəti törətməyə dəvət edib. Nəticədə 1996-cı il dekabrın 23-də Şerbakovskaya küçəsində yerləşən yaşayış binasının girişində olan naməlum şəxs Qurşumov qardaşlarına tapançadan azı 7 dəfə atəş açıb. Onlardan biri ağır, ikincisi ölümcül xəsarətlər alıb.
Bundan əlavə, 2006-cı ildə İsmayılov himayədarlıqdan imtina edən pop ifaçısı Abraham Russoya qarşı şəxsi düşmənçilik fonunda onu öldürmək istəyib. Bunun üçün o, Mixail Demkin, Vitali Dzhura və Aleksey Tryasnikovla razılaşıb. Avqustun 19-da Plyuşçixa küçəsindəki evlərdən birinin yaxınlığında Demkin maşında olan Russo və onun mühafizəçisinə avtomatdan azı altı atəş açıb.
Sənətçi xəsarət alıb. Vaxtında tibbi yardım göstərildiyindən Russonun həyatı xilas olunur. İsmayılov beynəlxalq axtarışa verilib, ona və digər cinayət ortaqlarına qarşı açılan cinayət işi davam edir.
Cinayət işi mahiyyəti üzrə baxılması üçün İzmailovski rayon Məhkəməsinə göndərilib.
Milli.Az