Ölkə

Bu sənədi itirənlər 200 manat cərimələnəcək – RƏSMİ

7 Mart 2025 21:35
Baxış: 3 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr artırılır.

Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq və ya 200 manat məbləğində cərimə ediləcək.

Mövcud qanunvericiliyə əsasən, xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə tətbiq edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.