Ölkə

Bu maye qazdoldurma məntəqəsinin fəaliyyəti DAYANDIRILDI - FOTO

6 Mart 2025 12:00
Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FHN tərəfindən Neftçala rayonunda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb. 

Milli.Az xəbər verir ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Neftçala rayonunun Qədimkənd kəndində fəaliyyət göstərən fərdi sahibkar Leysanov Rasəf Firudin oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan maye qaz tutumunun daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların növbəti yoxlamasının aparılmadığı, məntəqədə istismar olunan rezin parçalı qolların sınaqdan keçirilmədiyi, həmçinin qurğu və avadanlıqların torpaqlanma konturunun müqavimətinin yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.