Ölkə

Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu

5 Mart 2025 17:00
Baxış: 1 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2023-cü ilin noyabrın 2-də baş verib. İttihama görə, Hüseyn Abbasov bacısı Səbinə Abbasovaya müğənniliklə məşğul olmağa son qoymağı tələb edib. Bundan sonra H.Abbasov S.Abbasovanın yaşadığı ünvana gələrək onu qətlə yetirdiyi bildirilir.

Proses iştirakçılarının sözlərinə görə, təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunub.

Hüseyn Abbasov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.