Bir neçə meyxanaçı Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istədiklərini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev Milli.Az-a açıqlamasında bildirib ki, təşkilata üzvlük Birliyin nizamnaməsinə uyğun həyata keçirilir:
"Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər. Qəbul komissiyası tərəfindən ərizələrinə baxılacaq", - o qeyd edib.
Milli.Az