Ölkə

Buraxılışda iştirak etməyənlər nə vaxt imtahan verəcək? - Rəsmi CAVAB

3 Mart 2025 14:33
Baxış: 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanda təxminən 57 min şagird iştirak edib. İmtahan nəticələrinin 6 həftə ərzində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, imtahanda üzrlü səbəbdən iştirak etməyənlər də olub. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Onların nə vaxt imtahan verəcəyi maraq doğurur.

Milli.Az mövzu ilə əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, kimsə, üzrlü səbəbdən imtahanda iştirak edə bilməyibsə, bu halı təsdiq edən sənədlərlə birlikdə oxuduğu təhsil müəssisəsinə və ya Dövlət İmtahan Mərkəzinə müraciət etməlidir. Müvafiq qərar həmin müraciət əsasında verilir.

Qeyd edilib ki, bu növ imtahanlar adətən sentyabr ayında təşkil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.