Ölkə

Müəllimlər üçün “Evimə yaxın iş” tətbiq olunacaq?

1 Mart 2025 15:55
Baxış: 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən "Evimə yaxın iş" layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçilərinə faktiki yaşayış ünvanlarına yaxın tibb müəssisələrində işləmək imkanı yaradılıb. Bu modelin təhsil sektorunda, xüsusilə ümumitəhsil müəssisələrində çalışan müəllimlər üçün də tətbiq olunub-olunmayacağı maraq doğurur.

Mövzu ilə bağlı Təhsil Nazirliyindən Milli.Az-a bildirilib ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi zamanı onlar topladıqları bala uyğun olaraq yaşayış yerlərinə yaxın ümumi təhsil müəssisələrini seçə bilirlər.

Qeyd edək ki, hazırda müəllimlərin işə qəbulu və yerdəyişməsi prosesləri müsabiqə qaydalarına əsasən həyata keçirilir. Bu mexanizmin daha da təkmilləşdirilib-təkmilləşdirilməyəcəyi isə gələcəkdə məlum olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.