Ölkə

Sabahdan bu şəhərdən Şuşaya avtobus reysi açılır - Qiymətlər

27 Fevral 2025 18:07
Baxış: 3 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 28 fevral tarixindən Gəncədən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.

Bu barədə Milli.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məqsəd "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Gəncəyə isə 14:45-də həyata keçiriləcək.

Gəncə - Şuşa - Gəncə reysi üzrə bir istiqamət üçün biletin qiyməti 6,20 manat təşkil edir. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib. Gəncə - Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 5,20 manat, Gəncə - Xankəndi 5,70 manat, Tərtər - Xocalı 2,40 manat, Tərtər - Xankəndi 2,80 manat və Tərtər - Şuşa aralıq məntəqəsi üçün biletin qiyməti 3,30 manatdır.

Biletləri "biletim.az" portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.