Ölkə

Jurnalist Şahnaz Bəylərqızı istintaqla əməkdaşlığa razı oldu, ev dustaqlığına buraxıldı

27 Fevral 2025 09:26
Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Toplum TV" işi üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb.

Milli.Az xəbər verir ki, məlumatlı mənbənin Trend-ə verdiyi xəbərə görə, Ş.Bəylərqızı ona qarşı irəli sürülən bütün ittihamları qəbul edib.

Eyni zamanda, o, bütün sualları cavablandırıb və istintaqla əməkdaşlığa da razı olub.

Mənbə bildirib ki, bütün bunlar nəzərə alınaraq Ş.Bəylərqızı ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, fevralın 5-də həbs edilən Ş.Bəylərqızı qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.