Ölkə

Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü

26 Fevral 2025 16:08
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonunda qeydə alınıb.

Belə ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımov və Nizami rayonunda 45 yaşlı A. İsayevin etil spirtindən zəhərlənərək öldükləri məlum olub.

Əldə etdiyimiz məlumata görə, Sabunçu rayonu ərazisində spirtdən zəhərlənib ölənlərin sayı 18-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfərin texniki spirtdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

Hazırda faktlarla bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.