Rusiya

Çin Ukrayna-Rusiya münasibətlərində hansı tərəf yönümlü düşünür?

26 Fevral 2025 18:24
Baxış: 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük İyirmiliyin xarici işlər nazirlərinin Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən görüşündə iştirak edən Çinin xarici işlər naziri Van Yi çıxışında Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini bildirib:

"ABŞ ilə Rusiya arasında əldə olunan konsensusu dəstəkləyirik", ‒ deyən Van Yi bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransında söylədiyi fikirləri burada da təkralayıb: "Danışıqlarda bütün maraqlı tərəflər iştirak etməlidirlər". Bununla da Çin Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək niyyətini ortaya qoyub.

Lakin hazırda rəsmi Pekin bununla bağlı açıq tələb səsləndirmir. Çinin hazırda əsas hədəfi Rusiya ‒ ABŞ ittifaqına mane olmaqdır. Çinlə ABŞ arasında Avropa bazarlarında güclü rəqabət gedir. Rəsmi Pekin özünün ixrac etdiyi mallara yardım paketi tətbiq edərək ABŞ qarşısında əlini gücləndirib. Hazırda Çinə Avropaya çıxış imkanı verən ölkə məhz Rusiyadır. Donald Trampın Rusiya ilə razılaşması Çini çətin vəziyyətə sala bilər. Buna görə də Pekin prosesi qabaqlamaq istəyir. Rəsmi Pekin son zamanlar Ukraynaya dəstəyi artırıb. ABŞ ‒ Rusiya təması Pekində diqqətlə izlənilir və Ukraynaya dəstəyin miqdarı da məhz buna uyğun şəkildə müəyyən edilir. Rusiya da bunu görür və Çini narazı salmamağa çalışır. Ölkə prezidenti Vladimir Putin Pekinin narahatlığını azaltmaq məqsədilə Səudiyyə Ərəbistanındakı danışıqlar barədə Çin lideri Si Cinpini telefonla məlumatlandırıb. Çinin Rusiyanın Şərq sahillərində geniş investisiyası var. Həmçinin Çin Rusiyaya əlavə sərmayə yatırmağı da nəzərdən keçirir. Rusiya üçün indiki dövrdə bunu itirmək çox çətindir. Ancaq Ukrayna məsələsində ABŞ-nin Rusiyaya vəd etdiyi güzəştlər Moskvanı müəyyən qədər şirinikləndirir. Çin rəhbərliyi hələlik danışıqlar prosesinə birbaşa müdaxilə etmir. Sadəcə müəyyən qədər Ukraynaya dəstək göstərir. Əgər hadisələr onun istədiyi şəkildə cərəyan etməsə, o zaman bəzi məsələlərdə Rusiyaya təzyiq etməyə başlayacaq. İlk növbədə, Çinin şimal qonşumuzda mövcud olan sərmayəsini ciddi təhlükə gözləyir. Hansı ki, bunlar əsasən Sibir və Ural kimi çətin bölgələrdədir. Digər tərəfdən Çin Ukraynanı öz himayəsinə götürə bilər. Zaman-zaman Çin və Ukrayna arasında müttəfiqlik müqaviləsinin imzalanması haqqında fikirlər səsləndirilib. Ancaq Çin Ukraynanın yenidən qurulmasında əsas söz sahibi olmaqla bağlı Kiyevin razılığını alıb. Ukraynada möhkəmlənmək Çinə həm Rusiyaya daha çox təzyiq, həm də Avropa bazarlarına daha çox çıxış imkanı verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.