Ölkə

4-5 yaşlı uşaq boyunda olan 19 yaşlı gəncin müavinəti niyə kəsilib? - VİDEO

26 Fevral 2025 06:33
Baxış: 1 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19 yaşı olsa da, 4-5 yaşlı uşaq boyunda və çəkisindədir. Vüsalə Ədilovada anadangəlmə yod çatışmazlığı sindromu var.

Milli.Az Xəzər TV-yə istinadən məlumat verir ki, o, hazırda nənəsi və anası ilə birgə Yevlax rayonunun Çənlibel qəsəbəsində yaşayır.

Qızın təqaüdü 2 aydır ki, kəsilib. Nənəsi Gülşən Kərimova bildirir ki, qızı ailəsindən ayrıldıqdan sonra onunla birgə yaşayır. Onun yeganə övladı var ki, o da 19 ildir nə danışa, nə də yeriyə bilir. Ona təyin edilən 300 manat pensiya da 2 aydır ki, verilmir.

Ağdaş rayonunun Əmirarx kəndində yaşayan ailə evləri yandıqdan sonra Yevlax rayonun Çənlibel kəndinə köçməli olublar. 19 yaşlı Vüsalə Ədilovanın nənəsi hazırda çətin durumda yaşadıqlarını deyir və pensiyanın bərpa edilməsini istəyir.

Ətraflı süjetdə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.