Ölkə

Bəhreyn kralı Leyla Əliyeva və Arzu Əliyevanı qəbul edib - FOTO

25 Fevral 2025 22:38
Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəhreynin kralı Həməd bin İsa Al Xəlifə Bəhreyn Krallığında səfərdə olan Heydər Əliyev Fondunun numayəndə heyətini qəbul edib. 

Milli.Az xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva ilə görüşdə iki ölkə arasında mövcud əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri, bu əlaqələrin genişləndirilməsi üzrə layihələr, o cümlədən Heydər Əliyev Fondunun beynəlxalq layihələri müzakirə olunub.

Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini bir daha kral Həməd bin İsa Al Xəlifəyə çatdırıb. 

Kral Həməd bin İsa Al Xəlifə Azərbaycanın və Azərbaycan prezidenti İlham Əliyevin regionda və dünyadakı nüfuzunu xüsusi qeyd edərək ölkəmizdə həyata keçirilən bərpa-quruculuq işlərini yüksək qiymətləndirib.

Həməd bin İsa Al Xəlifə Bakıda keçirilən COP29 tədbirinin uğurla təşkili münasibəti ilə bir daha Azərbaycanı təbrik edib və ölkəmizin beynəlxalq tədbirlərə daim yüksək səviyyədə ev sahibliyi etdiyini, bu beynəlxalq layihələrin həyata keçirilməsinə Azərbaycanın göstərdiyi müntəzəm dəstəyi xüsusi vurğulayıb. 

Görüşdə Azərbaycan və Bəhreyn arasında davam edən siyasi dialoqun iqtisadiyyat və mədəniyyət sahələrində də əməkdaşlığa təkan olduğu bildirilib.  Qeyd edilib ki, MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsinin bir aya yaxın müddətdə paytaxt Manamada təqdim olunması ölkələrimiz arasında sıx mədəni əlaqələrin mövcudluğuna bariz nümunədir. 2024-cü ildə Bakıda Heydər Əliyev Mərkəzindəki təqdimatından sonra Bəhreyn bu beynəlxalq layihəyə ev sahibliyi edən ilk ölkədir. Bildirilib ki, mədəni layihələr Azərbaycan və Bəhreyn arasında dövlət səviyyəsində mövcud əlaqələrin daha da genişlənməsinə, xalqlarımız arasında münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən beynəlxalq layihələrinin əhəmiyyəti qeyd olunub. Görüşdə Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi humanitar layihələr, o cümlədən Leyla Əliyeva və Arzu Əliyevanın Fondun təhsil və mədəniyyətin inkişafı üzrə layihələrdəki fəalliyyətləri xüsusi vurğulanıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.