Xankəndidə 12,9 hektar ərazidə söküntü aparılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzi olaraq Xankəndi şəhərində Zəfər parkı yaradılacaq. Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xankəndi şəhərində yaradılacaq Zəfər parkı tarixi Qələbəmizin yaddaşlarda yaşadılması, yaradılmış qəhrəmanlıq nümunələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyətə malikdir. Zəfər parkı Azərbaycanın gücünü, xalqımızın əzmini və azərbaycanlıların Vətən torpağına olan bağlılığını göstərən bir məkandır.
Milli.Az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib.
Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq.
Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Hazırda ərazidə planlaşdırma işləri görülür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Televiziya ulduzunun son halını görənlər tanıya bilmir - FOTO
-
Maskalılar qəzetin yerləşdiyi binaya basqın etdilər
-
16 yaşlı futbolçu öldü
-
Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
Novxanıda yanan "AF Hotel" kimindir?
-
Müşavir sədr müavini oldu - FOTO
-
Nazir onu direktor təyin etdi - FOTO
-
Bakıda məşhur hotel YANIR - VİDEO
-
Tramp: İrana daha bir böyük zərbə vurmalıyıq
-
Arvadının saçını keçəl edən şəxsə hökm oxundu
-
Aysel təcili əməliyyat olundu
-
Bakıda kanat olacaq - RƏSMİ
-
Muğanlı–İsmayıllı avtomobil yolunun 5,2 km-lik hissəsi təmir olunub
-
Ronaldo növbəti dəfə ata olur? - FOTO
-
WUF13-ün üçüncü günü başa çatdı (FOTOREPORTAJ)
-
Portuqaliya millisinin heyəti açıqlandı
-
Qızı Əməkdar artisti sevindirdi
-
Arda Gülərə gözlənilməz təklif
-
WUF13-ün “Urban Expo” sərgisində KOBİA da iştirak edir - FOTO
-
Bu ölkə turistlər üçün vizasız qalma müddətini azaldır
-
Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
-
Azərbaycanda daha bir tələbə vəfat etdi
-
Canlı efirdə duetlərini oxuyub AĞLADILAR - VİDEO
-
Taksi sürücüləri imtahan verdilər





