Taksi sürücüləri imtahan verdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Naxçıvan, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirib.
DİM-dən Milli.Az-a bildirilib ki, imtahan vermək üçün 1608 nəfər qeydiyyatdan keçib. Onlardan 1544-ü imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1297 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Elektron formada aparılan imtahanda namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdirilib.
İmtahan zamanı sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası mayın 20-21-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
WUF13-ün “Urban Expo” sərgisində KOBİA da iştirak edir - FOTO
-
Bu ölkə turistlər üçün vizasız qalma müddətini azaldır
-
Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
-
Azərbaycanda daha bir tələbə vəfat etdi
-
Canlı efirdə duetlərini oxuyub AĞLADILAR - VİDEO
-
Taksi sürücüləri imtahan verdilər
-
"Ebola" sürətlə yayılır, ölənlərin sayı 131-ə çatdı
-
"Vedrəni atdı, başım PARÇALANDI" - VİDEO
-
Azərbaycana daimi yaşamaq üçün 964 nəfər gəlib
-
Birinci sinfə qəbulu prosesi tamamlandı
-
5 gün intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
Pərvin uzun zaman sonra belə GÖRÜNTÜLƏNDİ - VİDEO
-
Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
-
İlk üç ayda 698 əkiz, 27 üçəm dünyaya gəldi
-
"Gülür, yoxsa ağlayır?" - Sosial şəbəkə 2-yə BÖLÜNDÜ - VİDEO
-
Narkoloji xəstələrin işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyəti artırılıb
-
Azərbaycanın iki güləşçisi Rusiyada medal qazandı
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
-
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
-
Prezident İlham Əliyev Veliko Tırnovoda "Şuşa Parkı”nın salınması üzrə Sazişi təsdiqləyib
-
Azərbaycanda elektron siqaret qadağası: Bir ay yarımda bazar necə dəyişdi?
-
Rəşad Xanlarov müşavir oldu
-
Xanımı 27 yaşında xərçəngəndən ölən tiktokerdən təsirli PAYLAŞIM - VİDEO
-
Mina Hasman: “Bakı Ağ Şəhər” layihəsi şəhərlərin regenerativ inkişaf modelinin nümunəsidir





