Ölkə

Axşam içki qəbul edən sürücü səhər sərxoş ola bilərmi? - VİDEO

20 Fevral 2025 00:39
Baxış: 1 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir bakal pivə və yaxud içərisində spirt olan hansısa enerji içkisi belə testırda sürücünü sərxoş kimi göstərə bilər. Bu, içkinin dozasından asılıdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu RNM-nin direktor müavini ilham məmmədov deyib. O, bildirib ki, spirtli içki qəbul edən şəxs azı 12 saat nəqliyyat vasitəsini idarə etməməlidir. Əgər müəyyən saat keçib, amma şəxs özünün narahat hiss edirsə yenə də avtomobili idarə etməli deyil.

İlham Məmmədov qeyd edib ki bəzi dərmanlarda da testır zamanı müəyyən spirtli içki miqdarı çıxa bilər. Amma bu qanunla qadağan olunmuş faizi keçmir. Həmçinin alkotestırlar da bir ildən bir yoxlanılmalıdır.

İstənilən halda sərxoş vəziyyətdə sükan arxasına keçmək həm özünüzün həmdə digər şəxslərin həyatını təhlükəyə atma deməkdir. Dünya təcrübəsi də göstərir ki, ən ağır və ya bir neçə nəfərin ölümü ilə nəticələnən qəzaların çoxu spirtli içkinin təsiri altında olan sürücülərin üzündən baş verir.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.