Ölkə

Azərbaycanda cəmi 1 nəfərin yaşadığı kəndlər

18 Fevral 2025 14:11
Baxış: 1 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəsmi məlumata görə, Azərbaycanda 4244 kənd mövcuddur. Bu yaşayış məntəqləri sakinlərinin sayına görə kiçik, orta və böyük olmaqla müxtəlif kateqoriyalara aid edilə bilər. Ancaq ən maraqlısı cəmi 1 nəfər sakini olan kəndlərin mövcudluğudur.

Bəs həmin kəndlər hansılardı?

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsi modern.az-ın bununla bağlı sorğusunu cavablandırıb.

Komitədən bildirilib ki, hazırda Azərbaycanda üç belə kənd var.

Əhalinin 2019-cu ildə keçirlmiş siyahıyaalınmasının nəticələrinə görə, 1 nəfər sakini olan kəndlər aşağıdakılardı:

Neftçala rayonunun Kürdili kəndi;

İsmayıllı rayonunun Gərzə və Pirəqanım kəndləri.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.