Ölkə

Bakıda qeyri-pik saatlarda tıxaclar niyə yaranır? – VİDEO

18 Fevral 2025 10:59
Baxış: 1 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi sürücülərin məsuliyyətsizliyi qeyri-pik saatlarda da bir sıra yollarda tıxaclar yaradır.

Milli.Az xəbər verir ki, bu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin etdiyi paylaşımlarda da açıq-aydın görünür.

İlin əvvəlindən bu günə qədər Mərkəzin müşahidə kameralarının təsir zonasında 200-ə yaxın qəza baş verib, bir o qədər də texniki nasaz avtomobil yolda qalıb. Həm qəzanın baş verməsi, həm də nasaz avtomobillərin yolda qalması nəqliyyat sıxlığının yaranmasına səbəb olub.

Ömər Xıdırov bildirib ki, çoxzolaqlı yollarda tıxacın əsas səbələrindən biri də ürüclərin dayanma-durma qaydalarını pozmasıdır. Yaranan problemin aradan qaldırılması üçün aidiyyəti üzrə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına dərhal məlumat verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.