Ölkə

Şəmkirdə arvadı kişini bıçaqladı - ailədən xəbərsiz tanımadıqları bir şəxslə... - yenilənib - VİDEO

17 Fevral 2025 23:23
Baxış: 2 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:23

Ər və arvadın mübahisəsi qanla nəticələnib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Şəmkir rayonunun Qasımalılar kəndində qeydə alınıb. Gecə saatlarında xəstəxanaya bıçaq xəsarəti alan kişi müraciət edib.

Məlumata görə, kənd sakini, 34 yaşlı Aynurə Cəfərova ərini bıçaqlamaqda şübhəli bilinir. Xəsarət alan 42 yaşlı Namaz Cəfərov deyib ki, həyat yoldaşı ailədən xəbərsiz tanımadıqları bir şəxslə şərikli iş qurub. Narazılıqlar da bundan başlayıb və nəticəsi qanla bitib. Ailə üzvləri deyir ki, qadın inəyi sataraq pul əldə edib.

DİN -nin mətbuat xidmətinin  Gəncə regional qrupundan bildirilib ki, şübhəli şəxs artıq saxlanıb.

Qeyd edək ki, onların 4 övladı var.

Daha ətraflı videomaterialı təqdim edirik. 

--------
12:41 
Şəmkirdə bışaqlanma hadisəsi baş verib.

Milli.Az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb.

Kənd sakini 42 yaşlı N.Cəfərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, 34 yaşlı Aynurə Cəfərova münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.