Ölkə

Rafin Bayramov “eManat”a rəhbər təyin olundu - FOTO

17 Fevral 2025 11:21
Baxış: 1 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda lisenziyalı fəaliyyətdə olan "eManat" və ya hüquqi adı ilə "Modenis" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru dəyişib.

Milli.Az banker.az-a istinadən xəbər verir ki, Rafin Bayramov elektron pul təşkilatının baş icraçı direktoru təyin edilib.

O bu vəzifədə Ruslan Talıbov Qanboy oğlunu əvəz edib.

Rafin Bayramov 2014-cü ildən bu "Modenis" MMC-nin direktor müavini idi. Bayramov 2004-2010-cu illərdə "Neftçi FK"da maliyyə direktoru, 2010-2013-cü illərdə isə "Modern Hospitaliti" MMC-də direktor müavini kimi işləyib.

Xatırladaq ki, "Modenis" MMC 2012-ci ildə təsis edilib və onun 5.39 mln. manat üzərində nizamnamə kapitalı var. Şirkət "Modern Şirkətlər Qrupuna" daxildir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.