Ölkə

Bakıda kişi küçədə qadını döyüb qarət etdi

14 Fevral 2025 14:57
Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində naməlum şəxsin zor tətbiq etməklə 28 yaşlı qadının çantasını talaması barədə polisə məlumat daxil olub.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Ə.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.