Ölkə

21 yaşına çatan vətəndaşlar silah əldə edə bilər

14 Fevral 2025 13:40
Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 21 yaşına çatan şəxslərin mülki odlu silah əldə etmək hüququ olacaq.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Xidməti və mülki silah haqqında" Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə əsasən, bu qanunun tələblərinə müvafiq olaraq Azərbaycanda on səkkiz yaşına çatmış Azərbaycan vətəndaşlarının mülki silah əldə etmək hüququ var.

Təklif edilən dəyişikliklə, Azərbaycanda on səkkiz yaşına çatmış Azərbaycan vətəndaşlarının odlu silah istisna olmaqla mülki silah əldə etmək hüququ olacaq.

Həmçinin, Azərbaycanda iyirmi bir yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ veriləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.