Ölkə

FHN Bakıda hərəkətə keçdi - Çox sayda insanın həyatı təhlükədə imiş - VİDEO - FOTO

14 Fevral 2025 10:11
Baxış: 3 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Milli.Az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, Agentliyin əməkdaşları Bakı şəhərinin Yasamal və Nizami rayonlarının müxtəlif ünvanlarında "Akt ko LTD" MMC, "Rahatlığın Məkanı" MMC, "Karayev City" MTK və "Vesta Construction" MMC tərəfindən istismar olunan ümumilikdə 9 ədəd "Pionner" qaldırıcı qurğusuna baxış keçirib.

Baxış zamanı qaldırıcı qurğuların istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, qaldırıcı qurğuların istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, qurğuların texniki sənədlərinin olmadığı və kustar üsulla hazırlandığı müəyyən edilib.

Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qaldırıcı qurğuların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb, həmçinin cavabdeh şəxslərin iştirakı ilə aktlar tərtib edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.