Ölkə

Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovun nəşinin qalıqları dəfn edilib - FOTO

7 Fevral 2025 15:17
Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Məmmədov Tərlan Fikrət oğlu Yevlax şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

Şəhid hərbi orkestrin dövlət himninin səsləndirilməsi və yaylım atəşi sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax rayon Aran qəsəbəsində doğulub. O Füzuli rayonunun Aşağı Abulrəmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.