Ölkə

Lənkəranda qəbiristanlığı su basıb - FOTOlar

7 Fevral 2025 14:07
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda yağan intensiv yağış nəticəsində 505 evin həyətyanı sahəsini və 10-a yaxın təsərrüfatı su basıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, fevralın 5-dən başlayaraq yağan yağışlar nəticəsində Lənkəran rayonunda bir sıra çaylarda, o cümlədən Ləkərçayda sululuq səviyyəsi artıb, subasma halları yaranıb. Rayonun yaşayış məntəqələrində ümumilikdə 505 evin həyətini və 10-a yaxın təsərrüfatı su basıb.

Lənkəran rayon Fövqəladə Hallar Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə subasmanın fəsadlarının aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülüb. Subasmanın fəsadları aradan qaldırılıb, təxliyə olunmuş 3 ailə (22 nəfər) evlərinə qayıdıb, Şiləvar kənd qəbristanlığından suyun çəkilməsi prosesi davam edir.

-----

Lənkəranda intensiv yağış nəticəsində qəbiristanlığı su basıb.

Milli.Az xəbər verir ki, 2 gündür Lənkəranda yağan intensiv yağışlar nəticəsində Lənkəran rayonunun Şiləvar kəndi ərazisində yerləşən "Yeni qəbiristanlıq" yağış suları ilə dolub. Onlarla qəbir su altında qalıb, qəbirlərə ziyan dəyib.

FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub, tədbirlər görülür.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir./APA

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.