“SOCAR Petroleum”dan benzin əvəzinə su satılması iddiasına CAVAB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"SOCAR Petroleum" QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində (YDM) avtomobilə benzin əvəzinə suyun vurulması ilə bağlı vətəndaşın iddiası təsdiqini tapmayıb.
Bu barədə Milli.Az-a "SOCAR Petroleum" QSC-nin İctimaiyyətlə əlaqələr şöbə rəisi Afaq Rza bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı dərhal araşdırma aparılıb: "Vətəndaşın iddiası əsasında QSC-yə məxsus bütün yanacaqdoldurma stansiyalarında müvafiq yoxlamalar keçirilib. Nəticədə hər hansı texniki nasazlıq qeydə alınmayıb. Araşdırmalar göstərib ki, səsləndirilən iddia tamamilə əsassızdır".
A.Rza əlavə edib ki, bu günə qədər "SOCAR Petroleum"a bununla bağlı heç bir rəsmi şikayət daxil olmayıb:
"Videomaterialda yanacağın konkret hansı ünvanda yerləşən YDM-dən alındığı barədə dəqiq məlumatın olmaması da diqqətçəkən məqamdır. Bütün bunları nəzərə alaraq, sürücüləri və ictimaiyyəti sosial şəbəkələrdə "SOCAR Petroleum" QSC-nin işgüzar nüfuzuna və qazandığı müsbət imicə xələl gətirmək məqsədi daşıyan əsassız məlumatlara inanmamağa çağırırıq".
O, həmçinin qeyd edib ki, bu cür yanıltıcı məlumatların yayılması davam edərsə, "SOCAR Petroleum" mövcud qanunvericiliyə uyğun olaraq hüquqi addımlar atacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib





