Ölkə

Bu şəxslərə 15 min manat veriləcək - RƏSMİ

4 Fevral 2025 14:15
Baxış: 1 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu ildən bəzi bitkilər üzrə subsidiyanın artırılması planlaşdırılır".

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) mətbuat katibi Ruslan Zeynalov baku.ws-ə açıqlamasında bildirib.

AKİA rəsmisi əlavə edib ki, qaragilə (mavigilə) bitkisi üzrə əkin subsidiyası Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonları ilə yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunu da əhatə edir:

"Bu ildən torf və perlit qarışığında dibçəklərdə əkilən bağların hər hektarına 15 000 manat, turşuluq (PH) səviyyəsi 6,5-dən artıq olmayan torpaqlarda, damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara minimum 3 400 tingin əkildiyi qaragilə bağlarına isə 7 500 manat subsidiya veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.