Ölkə

Dələduzlar Mingəçevir sakininin adına 10 min manat krediti necə götürüblər? - VİDEO

31 Yanvar 2025 06:19
Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özlərini bank əməkdaşları kimi təqdim edən dələduzların qurbanı oldu.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Mingəçevir şəhər sakini İzzət Mahmudovun başına gəlib.

O iddia edir ki, adına 10 min manat kredit götürdülər.

Vətəndaş deyir ki, dələduzlarla danışdığı vaxt sözügedən bankdan ona 2 dəfə zəng gəlib və kredit mütəxəssisi ondan kredit istəyib istəmədiyini soruşub. O da istəmədiyini deyib, lakin buna baxmayaraq 20 dəqiqə sonra adına 10 min manat kredit götürülməsi haqqında mesaj gəlib. Hazırda çarəsiz qalan şəxs həmin dələduzların tezliklə tapılmasını istəyir.

Mingəçevir sakini iddia edir ki, kiber dələduzlar həmin vaxt onun iş yoldaşının da bank hesabına daxil olublar və onun adına da müxtəlif məbləğdə kredit götürüblər.

Baş verən hadisə ilə bağlı DİN mətbuat xidmətinin Şəki Regional qrupundan Xəzər Xəbər-ə bildirildi ki, daxil olmuş müraciət əsasında Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır. Müvafiq sorğular göndərilib və əməli törədən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.