Ölkə

Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır

30 Yanvar 2025 19:14
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Belə ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən ümumi sahəsi 83.55 kvadratmetr olan mənzilin qiyməti 585 000 manat təyin olunub. Mənzil bu gün 12:00-dan etibarən təkrar hərraca çıxarılıb.

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ümumi sahəsi 218.84 kvadratmetr olan mənzilin qiyməti isə 500 000 manat təyin olunub. Mənzil 27 fevral 2025-ci il tarixində saat 11:00-da hərraca çıxarılacaq.

Hər iki mənzil "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.