Ölkə

Tanınmış jurnalist baş redaktor təyin olundu - FOTO

28 Yanvar 2025 13:50
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas baş redaktor təyin olunub. İlham Tumas bundan sonra jurnalistlik fəaliyyətini RTV internet telekanalında baş redaktor kimi davam etdirəcək.

Milli.Az xəbər verir ki, bu barədə kanal rəhbərliyinin məlumatında bildirilib.

İlham Tumas Bakı Dövlət Universitetini bitirib. 1992-1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən jurnalist N saylı hərbi hissənin tərkibində Tərtər və Ağdərədə vuruşub.
1996-2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə tağım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib.

Müxtəlif mətbu orqanlarda, o cümlədən, "Avrasiya", "Kino", "Ayna", "Panorama", "Hürriyyət", "Vətəndaş Həmrəyliyi", "Xural", "Ekspress", "24 saat", "Nota Bene" qəzetlərində çalışıb.

Televiziyalarda nümayiş etdirlən bəzi sənədli filmlərin müəllifi, redaktoru olub.

APA TV və İctimai TV-də müəllif-layihəsinin aparıcısı olub./modern.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.