Ölkə

Baş həkim işdən indi yox, 3 il öncə çıxıb - TƏBİB-dən AÇIQLAMA

28 Yanvar 2025 13:07
Baxış: 1 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir sıra yerli media orqanlarında və sosial şəbəkələrdə Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirovun hazırda işdən çıxması ilə bağlı xəbərlər dərc olunub. Bildirilib ki, bu barədə o, rəsmi "Facebook" səhifəsində paylaşım edib.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı e-saglam.az TƏBİB-ə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirildi ki, Fərid Təqdirov 2020-ci ilin oktyabr ayından "Respublika Neyrocərrahiyyə Xəstəxanası" PHŞ-in Baş həkimi vəzifəsində çalışıb:

"2022-ci ilin iyun ayından öz xahişi ilə Baş həkim vəzifəsindən "TƏBİB" İdarə Heyətinin qərarı ilə azad edilib". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.