Ölkə

Azərbaycan komandasının dünya qar polosu yarışında növbəti qələbəsi - FOTOlar

27 Yanvar 2025 14:48
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın "Land of Fire" komandası yanvarın 24-26-da İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 40-cı dünya kubokunda növbəti qələbəsini qazanıb. 

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə yarışa qatılan "Land of Fire" komandası finalda İsveçrənin "The Kusnacht Practice" komandası ilə qarşılaşıb və ikinci yer üzrə kuboka sahib olub.

Qeyd edək ki, komandamız Sankt Moritzdə iki dəfə - 2022-ci və 2023-cü illərdə qar polosu üzrə dünya kubokunu qazanıb.

Yarışlar zamanı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu da fəaliyyət göstərib. 

İştirakçılar Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində" nəşrindəki foto və video materiallar, eləcə də qədim çövkən oyununa dair müxtəlif sərgilərlə tanış ola bilib. 

Pavilyonda Azərbaycanın müxtəlif milli brendləri - milli şirniyyatları təqdim edən "Xurcun", qədim üzümçülük və şərabçılığın tarixini yaşadan "Meysəri, "MEYVİ", "I Love Baku"nun məhsulları sərgilənib.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi qonaqlar üçün ölkəmizin görməli yerlərinə virtual səyahət də təşkil edib, "AzerGold" QSC isə qızıl və gümüş sikkələr sərgiləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.