“Mənə ömürlük həbs verməlidirlər” - Məşhur kardioloqdan açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış kardioloq Üzeyir Rəhimov pasiyent ölümləri ilə bağlı həkimlərin məsuliyyətə cəlb olunması haqqında paylaşım edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bununla bağlı feysbuk hesabında yazıb:
"2023-cü ildə azərbaycanlı 1400 həkimin çalışmaq üçün bütün bariyerləri keçib Almaniyada fəaliyyətə başladığı barədə bir yazı paylaşmışdım. Götürdüyüm statistika 2022-ci ilin idi. Bu sadəcə Almaniyadakı həkimlərimizin sayıdır. Bir həkimin yetişməsi 1 milyon USD-yə başa gəlir ki, bunu da 1400-ə vurduğunuzda ölkənin beyinlə bərabər nə qədər vəsait itirdiyini də sizlər hesablayın. Düşünürdüm ki, beyin köçünün qarşısını almaq üçün bəzi addımlar atılacaq. Amma..."
Həkim əlavə edib ki, dünyanın hər yerində universitetə qəbul imtahanlarında ən yüksək giriş balı tibb təhsilində olur. Məhz bu səbəbdən də bütün ölkələrdə ən çalışqan və zəkilər bu ixtisasa yiyələnir:
"Son 20 ildə tibb universitetimizdəki oğlan sayı ciddi azalıb, çünki əksəriyyəti Türkiyəyə və s. gedirlər. Burada oxuyanlar Azərbaycanın ən zəki, amma maddi vəziyyət və başqa səbəblərə görə xaricə gedə bilməyənlərdir. Yenə bu qalan hissənin böyük qismi 6 illik tibb təhsilindən sonra qardaş Türkiyəyə və digər ölkələrə üz tuturlar. Ona görə də rezidentura zamanı yetərincə həkim olmur. Rezidenturanı burada bitirmək məcburiyyətində qalanların bir qismi də bütün vasitələrə əl ataraq ölkədən çıxırlar. Bir də yeni nəsil artıq rahat həyat istəyir ki, həkimlikdə bu heç vaxt olmur. Buna xarici ölkələrə üz tutan övladlarımızın orada əcnəbilərlə ailə həyatı qurub ölkə demoqrafiyasına təsirini də əlavə etsək, faciənin həcmi aydın olar, yəqin. Başda bu məni narahat edirdi, ölkəmizə və xalqımıza xidmət edə bilərlərdi. Amma məqalənin sonunda və son gün olan hadisədən sonra bütün bu gənclərə, övladlarımıza haqq verəcəksiniz".
Tanınmış həkim həmkarlarının iş prosesi zamanı üzləşdiyi sosial problemləri xüsusi vurğulayıb:
"Bütün günü şikayətlə dolu insanları dinləmək, bəzilərini sağalda bilməmək, bəzilərini itirmək, bəzən döyülmək, sosial mediada hər zaman söyülməklərlə sizləri yormaq istəmirəm. Hər ölən xəstəmlə bir parçam ölüb, günlərcə "daha nə edə bilərdik?" suallarımla içimi yemişəm. Buna rəğmən yenə də ölkəm üçün bir şeylər etməyə çalışmışam. Bu arada əksər həkimlərin həkimdən başqa dostu yoxdur və bir araya gəldiklərində də ancaq və ancaq tibbdən danışırlar. Yəni asosial insanlarıq və həyatımız ortalamadan qısa olur.
Bütün bunların üzərinə bir də bir həkimin həbs edilməsi mənim gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi. Ürək həkimi olduğum üçün çox xəstə itirmişəm, əfsuslar olsun ki, bundan sonra da itirəcəm, bütün həkimlərin əlində ağırlaşmalar və ölümlər olacaq. Sonunda bir bəndəyik və nə qədər əlləşsək də, hər kəsi qurtara bilmərik. Buna görə məni həbs etsələr, yəqin ki ömürlük verməlidirlər.
Bu işin sonunda artıq həkimlər çətin və ağır xəstələri almayacaqlar (həyatını qurtardığımız qrup isə bu qrupdur). Bu ölümlərin artmasına, ömrün qısalmasına səbəb olacaq. Xarici ölkələrə üz tutan həkim sayı daha da artacaq. Və geri dönməyəcəklər. Tibb universitetindəki tələbə sayı da azalacaq, bir sözlə, həkim tapmayacağıq.
Papağımızı qabağımıza qoyub son dəfə düşünməliyik".
Qeyd edək ki, bir neçə gün öncə burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cərrah Sənan Mehdiyev həbs olunub. Onun həbsindən sonra həmkarları sosial şəbəkələrdə Sənan Mehdiyevlə bağlı dəstək paylaşımları ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - Yenilənib
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı imiş
XƏBƏR LENTİ
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - xəbərdarlıq - (Video)
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - Yenilənib
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı imiş
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."





