Ölkə

Hikmət Mirzəyev Türkiyə-Suriya sərhədində - FOTO

25 Yanvar 2025 18:10
Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu və qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələrinin 6-cı Korpus komandanlığı və Birləşmiş Xüsusi Təyinatlı Əməliyyat Qrupunun ölkənin cənubundakı Kilis vilayətində yerləşdiyi əraziyə baş çəkiblər.

Milli.Az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Türkiyə ordusunun Suriya ilə sərhəddəki postlarından birində də olub.

S.Bayraktaroğlu Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə Türkiyə ordusunun istifadə etdiyi silah və sistemlər barədə məlumat verib, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən danışıb.

Türkiyə və Azərbaycan Quru Qoşunları komandanlıqları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.