Ölkə

Hikmət Mirzəyev Metin Gürak ilə görüşdü - FOTO

25 Yanvar 2025 14:47
Baxış: 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev bu ölkənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ordu generalı Metin Gürak görüşdə Azərbaycan-Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığımızın inkişafına göstərdiyi müsbət təsiri xüsusi qeyd edib, icra olunan birgə fəaliyyətlərin bundan sonra da genişləndiriləcəyinə əmin olduğunu bildirib.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən müdafiə nazirinin müavini səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını çatdırıb.

Görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş fikir mübadiləsi aparıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.