Qarabağ və Şərqi Zəngəzurda yeni iş yerləri yaradılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarabağda və Şərqi Zəngəzurda yerli əhalidən ibarət turizm bələdçiləri hazırlanacaq.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə yeni, həmçinin yerli əhalidən ibarət turizm bələdçilərinin hazırlanmasına başlanılıb.
Milli.Az xəbər verir ki, Dövlət Turizm Agentliyindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xidmət keyfiyyətinin mütəmadi olaraq yüksəldilməsi turizm sahəsində daimi və davam edən proses kimi qiymətləndirilməlidir.
Bu baxımdan DTA tərəfindən müxtəlif istiqamətli təlimlər keçirilir:
"Məsələn, COP29-a hazırlıq çərçivəsində Azərbaycan Hotel Assosiasiyasının təşkilatçılığı ilə xidmət keyfiyyətinin artırılması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən 300-ə yaxın yerləşmə vasitəsinin 2000 personalına dayanıqlılıq üzrə, eləcə də peşə təlimləri, qeydiyyat, təmizlik, idarəetmə, yerləşmə vasitələrində mətbəx idarəedilməsi ilə bağlı təlimlər keçirilib.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində 2024-cü il ərzində 100-ə yaxın bələdçinin iştirak etdiyi, 2 dəfə 6 aylıq bələdçilik peşəsi üzrə təlimlər təşkil edilib".
Qeyd olunub ki, eyni zamanda mədəni və yaradıcı sənayenin inkişafı məqsədilə il ərzində Bakı, Quba, Qusar, Lənkəran, Masallı, Astara, İsmayıllı, Şamaxı, Şəki, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərən yaradıcı sənaye nümayəndələri (sənətkarlar) üçün təlimlər təşkil edilib:
"Habelə rəqəmsal bacarıqların artırılması və aqroturizm subyektlərinin inkişafı əsas götürülməklə 9 bölgədən 226 iştirakçı cəlb olunub. Həmçinin Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə həm sərbəst, həm də hotellərin tərkibində fəaliyyət göstərən 220 ictimai-iaşə müəssisəsindən ümumilikdə 500-dən çox sənaye üzvü üçün təlimlər təşkil edilib. Təlimlərdə qida təhlükəsizliyi, milli və beynəlxalq menyular, veqan/vegeterian paketlərinin gündəlik menyuya daxil edilməsi texnikası, mətbəxlərdə karbon emissiyasının azaldılması, qida iaşə fəaliyyətlərində ekoloji dayanıqlılığın təmini, müştəri məmnuniyyətinin təkmilləşdirilməsi və mətbəx xidməti kimi bir sıra mövzularda əhatə olunub".
Məlumatda vurğulanıb ki, 2024-cü ilin 24 oktyabr - 4 noyabr tarixləri arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə yeni turizm bələdçilərinin hazırlanması məqsədi ilə təlimlər keçirilib, cəlb olunan 18 nəfərdən 16-sı təlimləri müvəffəqiyyətlə başa vurub:
"Təlimlər Ümumdünya Bələdçilər Federasiyasının təyin etdiyi standartlar əsasında Azərbaycan Turizm Bələdçilər Assosiyasiyası tərəfindən keçirilib. Əsas məqsəd Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə yeni, həmçinin yerli əhalidən ibarət turizm bələdçilərinin hazırlanması idi. Bütövlükdə, Agentlik tərəfindən ixtisaslı kadr potensialının keyfiyyətli turizm təhsili ilə birbaşa əlaqəsi nəzərə alınaraq turizm peşə və ali təhsil sisteminin inkişafının təmini və turizm təhsilinin idarə edilməsi işinin təşkili müəyyənləşdirilib".
"Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesi üzrə kadrların ixtisaslaşması məqsədilə birbaşa və dolayı yollarla tədbirlər icra edilməkdədir. Agentliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Turizm və Menecment Universiteti bu istiqamətdə ali, Mingəçevir Turizm Kolleci orta-ixtisas və Bakı Turizm Peşə Məktəbi peşə təhsili təklif etməkdədir. Bu təhsil müəssisələrinin insitutsional imkanlarının gücləndirilməsi, eləcə də təhsilin keyfiyyətinin qaldırılması və beynəlxalq standartların tətbiq edilməsi üzrə işlər aparılır", - məlumatda qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
XƏBƏR LENTİ
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın





