Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4 000 manata menyu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlər Bakıda mərasim zalları artmağa başlayıb. Müşahidələr göstərir ki, insanlar yas mərasimləri üçün artıq çadırlara deyil, mərasim zallarına üstünlük verməyə başlayıblar. Bunun bir neçə səbəbi var. Birincisi, Bakıda yaşayış binalarının həyətyanı sahələri kiçikdir. Çadırların qurulması avtomobillərin dayanmasını və hərəkətini məhdudlaşdırır. Digər tərəfdən, mərasim zalları yas sahibini əlavə işlərdən azad edir. Bəs bu komfort yas sahibinə hansı məbləğə başa gəlir?
Milli.Az xəbər verir ki, Lent.az mərasim zallarında göstərilən xidmətləri və qiymətləri araşdırıb.
Məlum olub ki, Bakıda mərasim zalları üzrə sadə menyuların qiyməti orta hesabla 9-12 manat təşkil edir. Bu menyuya çay, halva, limon, şirniyyatlar, salat, dovğa və plov daxildir. Qonaqların sayına görə 100-150 nəfərlik zalları sifariş etmək daha bahadır (10-12 manat). 200-300 nəfərlik zalların sifarişi isə adambaşı 9 manata başa gəlir.
Qeyd edək ki, yas sahibinin istəyindən asılı olaraq menyuya meyvə, bozbaş və dolma da əlavə etmək olur. Bu isə əlavə 2-8 manata başa gəlir. Başqa sözlə, ən bahalı menyu adambaşı 14-20 manat təşkil edir.
Bütün mərasim zalları üzrə molla xidmətlərinin qiyməti standart olaraq 50 manat müəyyən edilib. Yəni, sadə menyu ilə 200 nəfərlik mərasim zalının sifarişi molla xidməti ilə birlikdə 2 050 manata, tam menyu ilə isə 2 850-4 050 manata başa gəlir.
Xətai rayonunda yerləşən tanınmış mərasim evlərindən birində adambaşına menyu qiyməti 100 nəfərədək 12, qonaqların sayı 200 nəfərdən yuxarı olduqda isə 10 manat hesablanır.
Bu ərazidə yerləşən digər bir mərasim evində isə menyuların qiyməti 250 nəfərədək 10, 250-dən yuxarı qonaq sayında isə 9 manata başa gəlir.
Binəqədi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən mərasim evinin adminstratoru bildirib ki, icarəyə götürülən 300 nəfərlik zal üçün ərzağın ev yiyəsi tərəfindən alınması baha başa gəlir:
"Əgər ehsan süfrəsini biz açırıqsa, adamın biri 10-12 manatdan hesablanır".
Mərasim evinin xidmətlərinə çadır təklifi də daxildir.
Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən mərasim evində 200-300 nəfərlik zallar fəaliyyət göstərir. Ehsan süfrəsinin 1 nəfər üçün qiyməti 10 manatdır.
Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində fəaliyyət göstərən mərasim evi 150 və 250 nəfərlik zallardan ibarətdir. Kiçik zalın icarə haqqı 350 manat, böyük zalın isə 400 manatdır. Adam 150 nəfərdən çox olarsa, 1 nəfər üçün süfrə 10 manatdan hesablanır. 150 nəfərdən az olanda isə baha olur.
Nizami rayonu ərazisində yerləşən mərasim evlərindən birində qiymətləri araşdırarkən öyrəndik ki, zal 200-300 nəfəri əhatə edir və qiymət 12 AZN təyin olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski
-
Yeməkdən əvvəl, yoxsa sonra su içmək daha doğrudur? - Mütəxəssislər açıqlayır
-
Bir aydır çökən yola bu dəfə maşın düşdü - VİDEO
-
Dabandakı çatlardan qurtulmağın ən sadə yolu - cəmi 15 dəqiqə gözlətmək bəs edir
-
Türkiyədə qalmaqallı reklamla bağlı qərar verildi - VİDEO
-
İranda ticarət mərkəzində yanğın - Xəsarət alanlar var
-
Ütüdəki yanıq izindən qurtulmağın çox asan formulu
-
Nəvainin düşdüyü qəzanın görüntüləri - VİDEO
-
Paşinyanla Makronun avtomobildə səmimi görüntüləri - VİDEO
-
Bakıda bəzi ərazilərdə işıq olmayacaq
-
"Real"da gərginlik: Mbappe ilə texniki heyət arasında mübahisə
-
Biləcəridə zəncirvari qəza olub - FOTO
-
Günün qoroskopu: Maddi baxımdan isə uzaq əlaqələrdən gəlir mümkündür
-
Keçmiş icra başçısına ağır itki - FOTO
-
“Konyaspor” “Beşiktaş”ı məğlub edərək finala çıxıb
-
Bu çay adamı yarım saata yatızdırır
-
Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” - FOTO
-
İran BƏƏ-yə qarşı əməliyyatı təkzib etdi
-
Belarus Ermənistana nota verdi
-
Lalə Azərtaşdan yeni veriliş
-
Rusiyalı aktrisa qəzada öldü - ANBAAN VİDEO
-
Rusiyanın Zaporojyeyə hava hücumu nəticəsində 12 nəfər ölüb
-
Partlayışda xəsarət alan həkim öldü
-
Gənc müəllim vəfat etdi





