Ölkə

Azərbaycanda boşanmaq istəyən kişi həbs edildi

23 Yanvar 2025 18:56
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin avqust ayında Biləsuvar rayon Məhkəməsinə boşanmaq üçün müraciət etmiş 2000-ci il təvəllüdlü rayon sakini Z.Abdulovun cinayət əməli aşkarlanıb.

Milli.Az xəbər verir ki, məhkəməyə müraciət edən şəxsin nikaha girdiyi qadınla onun yetlkinlik yaşına çatmadığı müddətdə intim münasibətdə olduğu üzə çıxıb.

Məhkəmə onların övladlarının yaşını nəzərə alaraq cütlüyün qanunla qadağan edilmiş yaş həddində nikaha daxil olduqlarını müəyyənləşdirib və bununla bağlı polisə məlumat verilib.

Faktla bağlı Z.Abdulova Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Bu müddətdə Z.Abdulov həyat yoldaşından rəsmən boşanıb. Onun keçmiş xanımı cinayət işi üzrə zərərçəlkmiş şəxs qismində tanınıb.

Yanvarın 21-də Biləsuvar məhkəməsinin hökmü ilə Z.Abdulov 6 ay müddətinə həbs cəzasına məhlkum edilib.

O, məhkəmə zalındaca həbs edilib./teleqraf.com

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.