Ölkə

Orxan Əsgərovun atasından rəsmi Tehranın edam qərarına reaksiya

22 Yanvar 2025 23:51
Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Bu barədə məlumatı İranın məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir açıqlayıb.

O bildirib ki, cinayət işi icra olunması üçün məhkəməyə göndərilib. Zərərçəkənlər edamın icrasını tələb etdiyi halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.

Məhkəmənin bu qərarına səfirliyimizə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərovun münasibəti isə belə olub:

"Təqribən bir il yarım əvvəl İran İslam Respublikasının baş prokurorunun müavini Azərbaycana gəlmişdi. O vaxt İran adından bizə başsağlığı verdilər, istintaqın gedişi ilə tanış etdilər. Orada müavin bildirdi ki, İslam qanununa əsasən, valideynlər ölüm hökmü və ya kompensasiya tələb edə bilərlər. Biz birmənalı şəkildə edam cəzası tələb etdik." (bakutv)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.