Ölkə

Pezeşkian Şahin Mustafayevlə görüşdü

21 Yanvar 2025 21:27
Baxış: 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdə olan, Azərbaycanın Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.

Görüşdə həmçinin, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.