Ölkə

Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

20 Yanvar 2025 10:55
Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov Gəncə şəhərində bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Şortik üstündə yaranan mübahisə sonda bıçaqlanma ilə bitib.

Belə ki, İ.Şahvələdov Adilxan Ziyadxanov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən yataqxanada kirayədə yaşayırmış.

İlkin məlumata görə, o, həyətə şortiklə düşüb. Bu zaman bir qrup şəxs buna etiraz edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə qızışaraq əlbəyaxa və bıçaqlı davaya çevrilib.

İ.Şahvələdov çiyin nahiyəsindən iki bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisəni törətməkdə 43 yaşlı Emin Dünyamalıyev şübhəli bilinir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Araşdırma aparılır./teleqraf.com

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.