Ölkə

"Addımbaşı məndən pul istəyirdilər" - Hakimin iddiasına hospitaldan CAVAB

17 Yanvar 2025 17:00
Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov araşdırdığı işlərdən biri ilə bağlı məhkəmə iclasında Mərkəzi Gömrük Hospitalı barədə danışıb.

Hakim zərərçəkmiş şəxslərdən birinin ifadəsinə münasibət bildirərkən özünün də hospitalda xoşagəlməz hallarla qarşılaşdığını xatırlayıb:

"O vaxt mən koronavirusa yoluxmuşdum. Vəziyyətim pis idi. Belə qərara gəldik ki, Gömrük Hospitalında müalicə alım. Təsəvvür edirsiniz, hara addım atırsan, pul istəyirdilər. Pulsuz adama salam da vermirdilər. 41 dərəcə qızdırmada idim. Deyirəm ölürəm, yardım edin, baxmamış pul istəyirdilər".

Məsələyə Mərkəzi Gömrük Hospitalı reaksiya verib.

Milli.Az xəbər verir ki, hospitaldan "Qafqazinfo"ya daxil olan açıqlamada hakim Azad Məcidovun müalicə ilə bağlı dediklərinə belə cavab verilib:

"Azad Əliağa oğlu Məcidov 2020-ci il noyabrın 13-də ambulator qaydada Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin həkim-terapevtinə müraciət edib və həmin vaxt ağciyərlərin KT-si icra edilib. O, COVID-lə bağlı hospitalda stasionar müalicədə olmayıb. Azad Məcidovun hospitala başqa müraciəti və ya stasionar müalicədə olması bizim sistemdə qeyd olunmayıb".

Qeyd edək ki, sözügedən məhkəmə prosesi talassemiyalı uşaqların yaxınlarının aldadılması ilə əlaqədardır. Sonuncu məhkəmə prosesində ifadə verən zərərçəkmiş də təqsirləndirilən şəxslərlə onu Mərkəzi Gömrük Hospitalının həkimi Mir Cəlal Kazıminin tanış etdiyini bildirmişdi. Məhkəməyə sədrlik edən A.Məcidov da məhz bu ifadəyə münasibət bildirərkən hospitaldakı müalicəsindən danışmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.