Ölkə

Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA

14 Yanvar 2025 14:58
Baxış: 1 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il başlayandan ölkə ərazisində bir neçə zəif yeraltı təkanlar qeydə alınıb.

Hazırda Azərbaycanda seysmoloji vəziyyət necədir?

Mövzu ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir.

O bildirib ki, hər gün yeraltı təkanlar olur ki, onların çoxu hiss edilmir.

"Bu gün 50-yə yaxın yeraltı təkan qeydə alınıb. Lakin onların heç biri hiss edilməyib. Bütün bunlar təbii proseslərdir. Azərbaycanda qeydə alınmış yeraltı təkanlar seysmoaktiv region üçün fon səviyyəsində olan xarakterik təkanlardır. Narahatlığa heç bir əsas yoxdur. Respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.