Ölkə

Polis Sənan Əsədzadə ilə bağlı araşdırmalara başladı

14 Yanvar 2025 11:35
Baxış: 1 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Çindən avtomobil sifariş edən vətəndaşlar problemlə üzləşib. 

Milli.Az xəbər verir ki, Çindən avtomobil sifariş edən bir qrup adam bu işdə onlara vasitəçi kimi kömək edən Sənan Əsədzadədən şikayətçidir. 

Onlar sifariş etdikləri avtomobillərin vəd olunan vaxtda Bakıya gətirilmədiyini iddia edirlər. 

Narazı qalan bir qrup vətəndaş ötən gün Sənan Əsədzadənin ofisinə toplaşaraq etirazlarını dilə gətiriblər. 

Sənan Əsədzadə isə yaranmış problemin daşınma ilə bağlı olduğunu bildirir. 

Artıq hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət də olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli Lent.az-ın sorğusuna cavabında bildirib ki, bununla bağlı polisə müraciət daxil olub.

Hazırda müvafiq polis orqanında araşdırma aparılır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.