Ölkə

20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

13 Yanvar 2025 15:01
Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır.

Bildirilib ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.