Bu ərazilərdə sürüşmə ola bilər - Sədr AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə ərazisində sürüşmə sahələrində aktivlik var, proses nəzarət altındadır və ciddi monitorinqlər aparılır.
Milli.Az bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev deyib.
O bildirib ki, son dövrlər ölkə ərazisində mövsümi xarakterli intensiv atmosfer çöküntülərinin düşməsi ilə əlaqədar bəzi sürüşmə sahələrində aktivlik müşahidə edilir:
"Mövcud sürüşmə sahələrinin monitorinqi davam etdirilir. Əsas aktiv sürüşmə sahələri cənub bölgəsində, Abşeron yarımadasında, Şamaxı-İsmayıllı, qismən də Qəbələ-Ağdaş zonasındadır".
Əli Əliyevin sözlərinə görə, Bakıda lokal sürüşmə sahələrində aktivlik müşahidə edilsə də, ümumi vəziyyət nisbi stabildir: "Belə ki, Abşeron yarımadasındakı sürüşmə sahələrində, o cümlədən Nübar massivi və Masazır "Zəli gölü" sahəsində də nisbi aktivlik qeydə alınıb.
Suraxanı rayonu Zığ-1 sürüşmə sahəsində 39 və 41 saylı binaların yerləşdiyi ərazinin istinad divarlarında zəif yerdəyişmə müşahidə edilib. Eyni zamanda, Zığ-1-də 3B, 3Q, 3D, 3E binalarında zəif aktivlik müşahidə edilir.
Qədim sürüşmə sahəsi hesab edilən Zığda isə son zamanlar qəbiristanlığa yaxın ərazilərdə səthdə zəif dinamik dəyişiklik müşahidə edilməkdədir.
Bundan başqa son zamanlar atmosfer çöküntülərinin intensiv düşməsi "Badu-Kübə" MTK-nın ərazisində və Gəncə prospekti 97-də hiss ediləcək aktivlik yaradır".
Əli Əliyev onu da qeyd edib ki, bu sahələrdə artıq müvafiq qurumlar tərəfindən prosesin inkişafının qarşısının alınması üçün layihələr hazırlanmaqdadır.
Agentlik sədri vurğulayıb ki, Lerik rayonu Hamarat, Pirzəküçə və Vənədi kəndlərində aktiv lokal sürüşmə sahələri qeydə alınıb.
"Bundan əlavə Astara rayonu ərazisində Siyakü, Şüvü, Asxanakəran, Çuvaş və Sipiyəpart kəndləri ərazisində də lokal aktivlik sahələri qeydə alınıb. Buna səbəb kimi həm ərazilərin klassik sürüşmə sahələri olması, eyni zamanda, təbii amillər - atmosfer çöküntü kütlələrinin həcminin artması hesab edilir.
Lənkəranda da lokal sürüşmə sahələrinə rast gəlinir, amma son zamanlar burada yalnız Lənkəran-Xanbulan yolunun sağ çiynində bir neçə lokal sahə qeydə alınıb. Digər sürüşmə sahələrində isə stabil vəziyyət müşahidə edilir".
2023-cü ilin son dekadasında atmosfer çöküntülərinin və texnogen amillərin təsirindən Taxtakörpü su anbarının ərazisində formalaşmış sürüşmə sahəsi son vəziyyətlə bağlı danışan Agentlik sədri bildirib ki, bu sürüşmə sahəsində eni 65-70, uzunluğu 85-90 metr olan qırılma baş verib və sürüşmənin qarşının alınması məqsədilə müvafiq qurumlar tərəfindən tədbirlər planı hazırlanmaqdadır.
"Son zamanlar daha ciddi monitorinqlər apardığımız Quba rayonu ərazisində Küpçalqışlaq kəndi Qudyalçayın sol sahilində böyük sürüşmə kütləsi qeydə alınıb. Sol sahildən çay dərəsi istiqamətində irəliləyən sürüşmə yolu yararsız vəziyyətə salıb və sürüşmənin tikililərə doğru irəliləmək ehtimalı var.Proses hazırda aktiv vəziyyətdədir və mütəxəssislərimizin nəzarətindədir", - Əli Əliyev əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
XƏBƏR LENTİ
-
Pomidoru soyuducuda saxlamayın
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)





