Ölkə

Şamxal Adıgözəlova Xankəndidə vəzifə verildi - FOTO

6 Yanvar 2025 18:29
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər televiziyasının Qarabağ üzrə bölgə müxbiri Şamxal Cəlil oğlu Adıgözəlov yeni vəzifəyə təyinat alıb.

Milli.Az bildirir ki, bu barədə Modern.az-a jurnalistin özü məlumat verib.

Uzun illərdir ki, Qarabağ bölgəsində jurnalist kimi fəaliyyət göstərən Ş. Adıgözəlov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şamxal Adıgözəlov 1986-cı ildə Xankəndi şəhərində anadan olub. Ailəsi ilə birlikdə məcburi köçkün düşdükdən sonra Ağdam və Bərdə rayonlarına eləcə də Bakı şəhərində müvəqqəti məskunlaşıb. Ali təhsil aldığı illərdə əmək fəaliyyətinə başlayıb. İlk iş yeri Trend informasiya agentliyi olub. 2007- ci ildən bu günə qədər Xəzər televiziyasının Qarabağ üzrə bölgə müxbiri işləyib. 

Atəşkəs dövründə  keçmiş təmas xəttində yerləşən yaşayış məntəqələrindən tez tez reportajlar hazırlayıb. Aprel və İyul döyüşlərində eləcə də 44 günlük vətən müharibəsində telejurnalist kimi iştirak edərək ən son xəbərlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırıb. Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür. 2020- ci ildə Növbədənkənar parlament seçkilərində Xankəndi şəhərindən namizədliyi qeydə alınıb.
Ş. Adıgözəlov jurnalist fəaliyyəti dövründə Baku TV, Dünya TV, "Report", "Səs" informasiya agentlikləri və bir çox ölkənin aparıcı media orqanları ilə əməkdaşlıq edib. Ailəlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.