Ölkə

“Oleq Bakinski” hakim qarşısına çıxarılır - FOTO

6 Yanvar 2025 10:46
Baxış: 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin ("Oleq Bakinski") hakim qarşısına çıxarılır.

Milli.Az xəbər verir ki, iş üzrə ibtidai araşdırma artıq tamamlanıb.

Bakinskiyə yekun olaraq Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib. 

Bakinski xuliqanlıq cinayətinə görə ikinci şəxslə birgə mühakimə ediləcək. Həmin şəxs Ukrayna vətəndaşı Kucher Kostıantyn Antonovichdir. O da hazırda həbsdədir. 

Cinayət işi üzrə Zaxarenkov Valeriy Nilolayeviç, "Avıazapchast" ASC və "Promyshlenye Postavkı Kazakhstan" MMC zərərçəkmiş qismində tanınıb. 

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. Oleq Bakinskinin təqsiri sübuta yetirilərsə, 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər./"qafqazinfo"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.