Bakı şəhərində yerləşən evlərdən birində meyit aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə şəhərin Xətai rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Milli.Az