“Mənim kimi böyük işlər görən adamın rüşvət alması ağlasığmazdır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rüşvət almaqda təqsirləndirilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Anar Zamanov dövlətə vurduğu zərəri ödəyib.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, Anar Zamanov və Kifayət Hacıyeva vətəndaşlardan rüşvət alaraq onlara əlillik dərəcələri düzəldiblər. Onların əməli Dövlət Təhlüksəizlik Xidməti tərəfindən aşkara çıxarılıb.
İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər rüşvəti əsasən Füzuli Rayon Diaqnostika Mərkəzinin yaxınlığında alıblar. Onlar işdə adı keçən və əlillik dərəcəsi almaq istəyən şəxslərlə görüş yeri olaraq əsasən buranı seçiblər. Ayrı-ayrı şəxslərə saxta sənədlərlə əlillik dərəcəsi düzəldərəək onların dövlət büdcəsindən vəsaitlər əldə etmələrinə şərait yaradıblar. Bunun qarşılığında həmin şəxslərdən müəyyən məbləğlərdə rüşvət alıblar.
Məlumata görə onların bu əməlləri əsasən 2017-2020-ci illəri əhatə edib.
Təqsirləndirilən Anar Zamanov məhkəmədəki ifadəsində bu əməlləri məcburiyyət qarşılığında etdiyini deyib. Bildirib ki, uşağı qan xəstəliyindən əziyyət çəkib. O, qeyd edib ki, bu əməllərindən digər təqsirləndirilən Kifayət Hacıyevanın xəbəri olmayıb. Sadəcə, ondan bəzi məsələlərdə kömək istəyib. Əməlindən peşman olan Zamanov məhkəmədən bağışlanmasını xahiş edib.
İstintaqla müəyyən edilib ki, Zamanov əlillik dərəcəsi almaq üçün həkim məsləhət komissiyasının rəylərini saxtalaşdırmağı və əlillik dərəcələrinin təyin olunmasına əsas verə biləcək şəkildə yalan məlumatları informasiya resurslarına, yəni Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə həkim-məsləhət komissiyası adından daxil etməyi xahiş edib. Hacyeva da bu xahişləri yerinə yetirib.
Zamanov istintaqda özünün və Hacıyevanın əməllərini etiraf etsə də məhkəmədə fərqli ifadə verib. Bildirib ki, Hacıyevanın bu işlərdən xəbəri olmaıb. Sadəcə onun xahişini yerinə yetirib.
Digər təqsirləndiriləm Hacıyeva 2010-cu ildən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, 2016-cı ilin sonlarından 2017-ci ilin əvvəllərinə kimi həkim məsləhət komissiyasının sədri işləyib. 2020-ci ilin may ayından həmin xəstəxanada direktor müavini vəzifəsində çalışıb.
İstintaqdakından fərqli ifadə verən Hacıyeva məhkəməyə bildirib ki, ibtidai istintaqda ifadə verərkən həyəcanlı olub və dediklərinin fərqində olmayıb.
"Ali təhsilliyəm. Ailəm mənə düzgün tərbiyə verib. Bu bir il ərzində xəstəlik tutmuşam, başımda ocaqlar yaranıb. Bu olanlar mənə psixoloji təsir edib. İki övladımı və bacımın oğlunu böyütmüşəm. Bacım oğlu Vətən Müharibəsi zamanı şəhid olub. "Covid 19" dövründə çox ciddi xidmətlər göstərmişəm. Vətən Müharibəsində yaralı əsgər və zabitlərə tibbi yardım göstərərək xidmət etmişəm. Xidmətlərim qiymətləndirilərək öz seçimim əsasında Xocavənd Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin edildim. Həmin xəstəxanada işlədiyim dövrdə də ciddi xidmətlər göstərmişəm. Həyətyanı sahədə yaşıllıqlar salmışam, kanalizasiya sistemi çəkdirmişəm, xəstələrə xidmət göstərmişəm. Nəvəm dünyaya gələndə öz ərizəm ilə həmin işdən çıxdım. Bu qədər böyük işlər görən şəxs kimi ittihamda göstərilən kimi həmin məbləğlərdə pulu rüşvət kimi almağım ağlasığmazdır. Anar həkimi DTX-ya çağırılarkən orada rastlaşanda tanış olmuşam. Barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm"- deyə Hacıyeva son ifadəsində belə düzəliş edib.
İstintaqla müəyyən edilib ki, rüşvət qarşılığında təyin edilən saxta əlillik dərəcələrinə görə büdcədən 15881 manat pul ayrılıb. Dəymiş zərər kimi müəyyən edilən bu məbləğ Anar Zamanov tərəfindən ödənilib.
Zərərçəkmişlər istintaq zamanı Anar Zamanova əlilik dərəcəsi almaq üçün rüşvət verdikərini desələr də məhkəmədə bunu inkar ediblər. Bildiriblər ki, Anar Zamanova pulu borc kimi veriblər. Onlar istintaqdakı ifadələrini oxumadan imzaladıqlarını bildiriblər. Anar Zamanov da istintaqda əməlini etiraf etsə də məhkəmədə fərqli ifadə verərək adı çəkilən şəxslərdən pulu borc kimi aldığını və geri qaytardığını qeyd edib.
Məhkəmə belə qənaətə gəlib ki, həm ibtidai istintaq dövründə, həm də məhkəmə araşdırmasında hər iki şəxsin cinayət əməli sübuta yetirilib. Təqsirləndirilən şəxslərin verdiyi ziddiyyətli ifadələr üzünü müdafiə məqsədi daşıyır.
Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib. Hər biri barəsində 1 il sınaq müddəti seçilib və şərti cəza verilib. Ağır cinayətdə ittiham olunan hər iki şəxs azadlıqda qalıb. (Musavat.com)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
XƏBƏR LENTİ
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)





